Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir

0

  •           Prezident Cənab İlham Əliyevin 10 mart 2020-ci ildə altıncı çağrış Azərbaycan Milli Məclisinin ilk iclasında çıxışı ölkədə demokratik, hüquqi   dövlət quruculuğu yolunda azad seçib-seçilmək mühitinin formalaşmasında mühüm rol oynamışdır.        Qeyd edək ki, növbədənkənar seçkilərin  keçirilməsinin əsas səbəbi   islahatları dərinləşdirmək, vaxt   itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir.Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi  sistemin  təkmilləşdirilməsi   işində Milli Məclisin çox böyük   rolu olmalıdır. Sözügedən fakt    Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi   münasibətləri  sağlam  zəmində   gücləndirmək üçün böyük   əhəmiyyətə  malikdir.                                                                                                                               Son dövrlərdə ölkəmizdə siyasi partiyalar arasında  sosial dialoq  işinin  təkmilləşdirilməsi,  tez-tez siyasi  fikir və müzakirələrin təşkili  demokratik cəmiyyətin inkişafında gələcəkdə  öz töhfəsini verəcəyinə  hər  bir   vətəndaşda çox böyük inam  formalaşdırmışdır.Ölkəmizdə şəfafflıqla bağlı   gedən  prosesslər,  kölgə   iqtisadiyyatına qarşı olan  proseslər bizim iqtisadi   imkanlarmızı gücləndirir, vergi   bazasını genişləndirir,  kölgə  iqtisadiyyatına qarşı çox ciddi   zərbə vurur.          Əlbəttə, qürurla  fəxrlə   qeyd  edə  bilərik  ki,  bu  günədək    əldə  etdiyimiz  ən  böyük   uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin  qorunmasında bütün vətəndaşlar fəal iştirak  etməlidir. Bu gün ölkəmizdə  dünyanın bir çox ölkəsində   olmayan təhlükəsizlik var,  sabitlik mövcuddur.                                     Bu gün Prezident Cənab İlham Əliyevin ölkədə apardığı uğurlu  siyasətin sayəsində bu  gün Türkdilli dövlətlərlərin  əməkdaşlığı istiqamətində  Azərbaycan çox önəmli rol  oynayır. Avropa İttifaqına üzv  olan  doqquz  ölkə ilə strateji   tərəfdaşlıq sənədi vardır.Qonşu ölkələrlə sağlam, işgüzar   və dostluq əsasında  qurulmuş  münasibətlərin, müsəlman  aləmində böyük nüfuzumuzun olması ölkə rəhbərinin tərəfindən həyata keçirilən məqsədyönlü xarici siyasətin uğurlu nəticəsidir.Arif Miriyev,Xocalı rayon sakini, şəhid atası
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    Azərbaycan müasir dünyəvi dövlət kimi güclənməlidir

    Maraqlı gələ bilər
    109